"Ermənistan baş naziri növbəti dəfə yalan danışır" - Prezident köməkçisi 

09:45 26.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Ermənistan baş naziri növbəti dəfə yalan danışır. Saat 08:04-dən bəri Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq Tərtər rayonunu və kəndlərini atəşə tutmağa başlayıblar. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələri 08:05-dən etibarən bizim qüvvələrimizə toplardan və minaatanlardan atəşə tutur".

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsindəki paylaşımında qeyd edib.